Yuxarı

XİN: Azərbaycan konstruktiv, substantiv danışıqlara hazırdır

XİN: Azərbaycan konstruktiv, substantiv danışıqlara hazırdır

Bakı. 17 noyabr. REPORT.AZ/ "Ermənistanın işğal olunmuş ərazilərdəki qeyri-qanuni fəaliyyəti həm Azərbaycan qanunvericiliyini, həm də beynəlxalq norma və prinsipləri pozur".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Ermənistan belə addımlarla status-kvonu gücləndirməyə, işğal faktorunu dərinləşdirməyə çalışır.

Ermənilərin qanunsuz köçürmə yolu ilə işğal olunmuş ərazilərdə demoqrafik vəziyyəti dəyişdirməsi məsələsinə toxunan L.Abdullayeva qeyd edib ki, ATƏT 2005 və 2010-cu illərdə iki missiya həyata keçirib və bu səfərlərin yekununda ATƏT-in Minsk qrupunun həmsədrləri regionda demoqrafik dəyişikliklərə son qoyulmasının zəruriliyini vurğulayıblar.

"Azərbaycan illərdir bu faktları beynəlxalq ictimaiyyətə çatdırır", - XİN-in sözçüsü deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konstruktiv və substantiv danışıqlara hazır olmağa davam edir: "Beynəlxalq hüquq normalarına baxmayaraq, torpaqlarımız 25 ildən artıqdır işğal altındadır. Bütün bu dövr ərzində danışıqlar masasında olmağımız danışıqlara hazır olduğumuzu göstərir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi