Bakı. 20 sentyabr. REPORT.AZ/ "Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsini araşdırır".
Bu barədə "Report"a XIN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Nazirlik sözçüsünün sözlərinə görə, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq: "Özünü ABŞ Konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ-ın erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər".