XİN: "4 Türkiyə vətəndaşının Qarabağa qanunsuz səfəri Ankaranın rəsmi mövqeyini əks etdirmir"

XİN: "4 Türkiyə vətəndaşının Qarabağa qanunsuz səfəri Ankaranın rəsmi mövqeyini əks etdirmir" "Türkiyə Dağlıq Qarabağ münaqişəsində dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək"
Qarabağ
30 Sentyabr , 2017 02:08
XİN: 4 Türkiyə vətəndaşının Qarabağa qanunsuz səfəri Ankaranın rəsmi mövqeyini əks etdirmir

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Dörd Türkiyə vətəndaşının son vaxtlar işğal olunmuş Azərbaycan torpaqlarına səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü səfir Hüseyn Müftüoğlu deyib.

"Son vaxtlar dörd Türkiyə vətəndaşının işğal olunmuş Azərbaycan torpaqlarına səfəri rəsmi orqanlarla müzakirə edilmədən həyata keçirilib. Bu, heç bir halda Türkiyənin rəsmi siyasətini əks etdirmir və Türkiyə, haqlı məsələdə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək", - deyə o bildirib.

Müftüoğlu qeyd edib ki, Türkiyə, Azərbaycan torpaqlarının təxminən beşdə biri üzərində davam edən işğalın sona çatdırılması üçün 25 ildir ki, azərbaycanlı qardaşları ilə yaxın həmrəylik içərisində hərəkət edir.

Son xəbərlər

Orphus sistemi