Xaricdə yaşayan azərbaycanlılar bəyanat yayıb

Xaricdə yaşayan azərbaycanlılar bəyanat yayıb Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən 147 diaspor təşkilatı birgə bəyanat yayıb.
Dağlıq Qarabağ münaqişəsi
9898
27 Sentyabr , 2020 19:09
Xaricdə yaşayan azərbaycanlılar bəyanat yayıb

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən 147 diaspor təşkilatı birgə bəyanat yayıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

Bəyanatda deyilir:

"Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, eləcə də 2020-ci ilin iyulunda - bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almasının bariz nümunələridır.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibətini və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ Konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır, Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə,  BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini və təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməlidir.

Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməyə çağırırıq.

AVROPA AZƏRBAYCANLILARI KOORDİNASİYA ŞURALARI

  1. Almaniya Azərbaycanlıları Koordinasiya Şurası
  2. Fransa Azərbaycanlılarının Koordinasiya Şurası
  3. İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası
  4. Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurası
  5. Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası (Finlandiya, İsveç, Norveç, Danimarka)
  6. İtaliya Azərbaycanlıları Koordinasiya Şurası (Malta)
  7. İspaniya Azərbaycanlıları Koordinasiya Şurası                     
  8. Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası (Latviya, Litva, Estoniya)
  9. Polşa Azərbaycanlıları Koordinasiya Şurası
  10. Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurası
  11. (Macarıstan, Monteneqro, Yunanıstan, Rumıniya, Çexiya, Serbiya,  Albaniya, Xorvatiya, Slovakiya)
  12. Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının  idarə heyətinin tərkibi

AVSTRİYA

  1. Avstriya Azərbaycanlıları Birliyi Fərid Əzizov
  2. “Azer Der” Cəmiyyəti Yardım Günəş

İSRAİL

  1. AZİZ Lev Spivak
  2. İsrail Azərbaycan Ev

GÜRCÜSTAN

  1. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi
  2. “Borçalı İrəli” İctimai Birliyi
  3. M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi
  4. Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət Mərkəzi
  5. Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası
  6. Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası

UKRAYNA

  1. “Ukrayna Azərbaycanlılarının Radası”

RUSİYA

  1. “Moskva Azərbaycanlıları İcması”
  2. “Moldova Azərbaycanlıları Konqresi”
  3. “Azərbaycan-Ural” İctimai Təşkilatı
  4. “Azərbaycan Diasporası”nın Arxangelsk regional təşilatı
  5. Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”
  6. Rusiya Azərbaycanlıları Diaspor Təşkilatlarının Konfederasiyası
  7. Perm azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti
  8. Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti
  9. “Dostluq” Azərbaycan Primorye ictimai təşkilatı
  10. “Samara Vilayəti Azərbaycanlılarının Liqasi”

QAZAXISTAN

  1. "Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyi
  2. “Birlik” azərbaycanlı icmasının sədri
  3. “Namus” Azərbaycan Milli-Mədəniyyət Mərkəzi
  4. "Ozan" Almatı şəhər Azərbaycanlıların Cəmiyyəti
  5. “Turan” Azərbaycanlıları Konqresi Respublika İctimai Birliyi
  6. “Novruz” Azərbaycan Etno-Mədəni Mədəniyyət Mərkəzi
  7.  “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyi
  8. “Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi”
  9. "Heydər" Gənclər Birliyinin sədri
  10. “Xəzər” Azərbaycan etnomədəni birliyi
  11. Yeni Yol-"Novıy put" kəndində "Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi
  12. “Heydər” Xeyriyyə Cəmiyyəti
  13. “Azbirlik” Etno-mədəni Birliyinin sədri
  14. “Dostluq” Azərbaycan Etno-Mədəni Birliyi
  15. “Dostluq” Azərbaycan Mərkəzi İctimai birliyi
  16. “Novruz” Azərbaycan Mədəniyyət Mərkəzi
  17. “Türküstan vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi” rəhbəri
  18. “Naxçıvan” Azərbaycanlı etnomədəni mərkəzi” ictimai birliyi
  19. “Birlik” Milli-Maarif Cəmiyyəti
  20. Şərqi-Qazaxıstan vilayətinin “Azərbaycan etno-mədəni birlik” İctimai Birliyi
  21. “Mehriban” Azərbaycan Mərkəzi etno-mədəni birliyi
  22. “Arzu” Azərbaycan Etno-mədəni İctimai Birliyi
  23. “Yasəmən” Azərbaycan Etno-Mədəni Mərkəzi

ÖZBƏKİSTAN

  1. Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi

QIRĞIZISTAN

  1. “Azəri” İctimai Birliyi

TÜRKİYƏ

  1. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu
  2. Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi (YAYDER)
  3. İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma  Dərnəyi (İS-TAD)
  4. Azərbaycan Təhsil  və Kültür Dərnəyi
  5. Bursa Azərbaycan Kültür Dərnəyi
  6. Eskişəhər Azərbaycanlılar Dərnəyi
  7. Gənc Azərbaycanlılar Dərnəyi
  8. Kocaeli Derince Azərbaycan Evi Dərnəyi
  9. Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi
  10. Qars Azərbaycan Evi Dərnəyi
  11. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF)
  12. TADDEF-Ankara Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
  13. “Can Azərbaycan” Media Şirkəti
  14. Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
  15. İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi
  16. Türkiyə  Azərbaycan Dərnəyi  (TÜRKAZDER)
  17. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Iğdır Azərbaycan Evi
  18. Adana Azərbaycan Kültür və Dayanışma  Dərnəyi
  19. Adana Azərbaycan İş və Məslək Sahibi Qadinlar Dərnəyi
  20. Antalya Azərbaycan Evi Dərnəyi
  21. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
  22. İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq  Dərnəyi (AKİDER)
  23. İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
  24. İzmir Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi
  25. “Çağdaş” Azərbaycan Kültür Dərnəyi
  26. Edirne Azərbaycan Evi Dərnəyi
  27. Türkiyə  Azərbaycan Dərnəyi  (TÜRKAZDER) Iğdır şöbəsi
  28. İstanbul Azərbaycan Kültür Evi
  29. Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası
  30. Turgutlu Azərbaycan Kültür Dərnəyi
  31. Ankara Azərbaycan Evi Dərnəyi
  32. Amasya Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyi
  33. Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma  Mərkəzi
  34. Azərbaycanlı Həkimlər Dərnəyi (AHD)
  35. İstanbul-Azərbaycan Dostluq Dərnəyi
  36. “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
  37. Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
  38. İstanbul-Azərbaycan Teleteatrı
  39. Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik  Dərnəyi
  40. “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin rəhbəri
  41. Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi (Hazarfem)
  42. Anka Azərbaycan Rəqs və Sənət Klubu
  43. İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (İÜ Azerbaycan Kültür ve Dayanışma Topluluğu)
  44. Araz Doğa Sporları ve Kültür Klubu Dərnəyi
  45. Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyinin sədri
  46. Trabzon Azərbaycan Təhsil, Kültür və Həmrəylik Klubu
  47. Heydər Əliyev adına Azərbaycan  məktəbi
  48. Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin sədri,
  49. Dərnəyin nəzdində Hüseyn Cavid adına məktəbi
  50. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəb
  51. Balıkesir Azərbaycan Evi Dərnəyi
  52. Çanakkale Azərbaycan Evi Dərnəyi
  53. Amasya Azərbaycan Kültür Dərnəyi
  54. Amasya Azerbaycan Türkleri Kültür Sanat və Dayanişma Dərnəyi
  55. Samsun Azərbaycan Kültür və Dayanışma Dərnəyi
  56. “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi
  57. Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi (AGAH)
  58. Azərbaycan Milli Rəqs və Kültür Dərnəyi
  59. Mübariz Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi
  60. Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH)
  61. İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu
  62. Celal Bayar Üniversitesi Manisa Azerbaycanlı Öğrenciler Topluluğu
  63. Bursa Uludağ Üniversiteti Azərbaycan İncəsənət və Mədəniyyət Birliyi
  64. Düzce Üniversitesi Türk Dünyası Topluluğu
  65. ZONGULDAK Bülent Ecevit universiteti Azərbaycan Kültür Topluluğu
  66. Azərbaycan Gənlik Təşkilatının (Bardin)
  67. Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi - AGİH
  68. Konya Azərbaycanlı Tələbələr Birliyi
  69. Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Birliyi
  70. Manisa Azərbaycanlı Tələbələr Birliyinin sədri
  71. Kocaeli Azərbaycanlı Tələbələr Birliyinin sədri
  72. Qars Azərbaycan Qafqaz Kültürləri və Həmrəylik Dərnəyi
  73. Kayseri Azərbaycanlı Tələbələr Birliyi
  74. Burdur Mehmet Akif Ersoy üniversitesi Azərbaycanlı Tələbələr Topluluğu
  75. Muğla Universiteti Azərbaycan Kültür və Həmrəylik Cəmiyyəti
  76. Kastomonu Azərbaycan Universiteti Azərbaycan Kültür və Həmrəylik Topluluğu
  77. Konya Azərbaycanlı Tələbələr Birliyi
  78. Erzurum Azərbaycanlı Tələbələr Birliyi
  79. Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi

Avstraliya İttifaqı

  1. Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi
  2. Avstraliya-Azərbaycan Assosiasiyası

Yeni Zelandiya

  1. “Azəri”Azərbaycan Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri

Misir Ərəb Respublikası

  1. Vətənpərvər-Misirdə Azərbaycanın Diaspor Təşkilatları Birliyi
  2. Oman Sultanlığında yaşayan azərbaycanlılar
  3. Əlcəzair Xalq Demokratik Respublikasında yaşayan azərbaycanlılar
  4. Səudiyyə Ərəbistanı Krallığında yaşayan azərbaycanlılar
  5. Çin Xalq Respublikasında yaşayan azərbaycanlıla
  6. İordaniya Haşimilər Krallığında yaşayan azərbaycanlılar
  7. Tailand Krallığında yaşayan azərbaycanlılar"

Son xəbərlər

Orphus sistemi