Xalq Məşvərət Məclisinin sədri: "İndoneziya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir"

Xalq Məşvərət Məclisinin sədri: "İndoneziya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir" Zulkifli Həsən Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib
Qarabağ
3 Fevral , 2016 11:51
Xalq Məşvərət Məclisinin sədri: İndoneziya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

Bakı. 3 fevral. REPORT.AZ/ İndoneziyanın Xalq Məşvərət Məclisinin sədri Zulkifli Həsən Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayevlə görüşüb.

"Report" İndoneziya KİV-inə istinadən xəbər verir ki, görüş zamanı səfir iki ölkə arasındakı münbasibətlərin hər keçən il daha da möhkəmləndiyini qeyd edib.

T.Qarayev sədrə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud vəziyyətdən danışıb. Öz növbəsində, Z.Həsən İndoneziyanın bu məsələdə Azərbaycanı dəstəklədiyini bildirib.

Z.Həsən, həmçinin Azərbaycana səfər etmək niyyətində olduğunu da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi