Yuxarı

Vyanada Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə görüşü başa çatıb - YENİLƏNİB

Vyanada Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri ilə görüşü başa çatıb - YENİLƏNİB
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunur

Bakı. 6 dekabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.

"Report"  xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını bildirib.

O qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.


***19:47

Bakı. 6 dekabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb. 

Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər. 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunur. H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə substantiv danışıqlar vasitəsilə həll olunması üçün səylərini davam etdirəcək. 

Qeyd edək ki, E.Məmmədyarovun həmsədrlərlə danışıqları ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının illik toplantısı çərçivəsində keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi