Azərbaycanın müdafiə naziri vəziyyətlə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər edib

Azərbaycanın müdafiə naziri vəziyyətlə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər edib Zakir Həsənov Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar konkret tapşırıqlar verib
Qarabağ
23 Fevral , 2017 10:01
Azərbaycanın müdafiə naziri vəziyyətlə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər edib

Bakı. 23 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə təqdim edilən kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi düşmənə qarşı daha sərt və qətiyyətli cəza tədbirlərinin görülməsi üçün ön xətdə yerləşən qoşunlarımıza istiqamətlər üzrə konkret tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi