Vəkillər Kollegiyası dünya vəkillərinə müraciət etdi

Vəkillər Kollegiyası dünya vəkillərinə müraciət etdi Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) dünya vəkillərinə müraciət ünvanlayıb.
Qarabağ
23 Oktyabr , 2020 19:51
Vəkillər Kollegiyası dünya vəkillərinə müraciət etdi

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) dünya vəkillərinə müraciət ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Sentyabrn 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatı davam etməkdədir. Azərbaycan əsgəri günbəgün işğal altında olan torpaqlarımızı düşməndən azad edir.

Bu müddət ərzində Ermənistan silahlı birləşmələri tərəfindən beynəlxalq humanitar hüquq kobudcasına pozularaq Ermənistan Respublikasının ərazisindən Azərbaycan əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələri, mülki obyektlər və strateji enerji infrastrukturları məqsədyönlü şəkildə raket atəşinə məruz qalmış və ciddi ziyan görmüş, qadağan olunmuş silah və sursatlardan istifadə edilmiş, münaqişəyə müxtəlif yerlərdən terrorçu qruplaşmalar cəlb edilmiş, iki dəfə razılaşdırılmış və elan olunmuş humanitar atəşkəs pozulmuşdur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 150-dən çox beynəlxalq təşkilata ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən müharibə cinayətlərinə qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırmışdır.

Bundan əlavə, beynəlxalq media nümayəndələrinin və Ermənistan Respublikası rəsmilərinin səsləndirdiyi iddialara Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabı da həmin müraciətə əlavə olunmuşdur".

Son xəbərlər

Orphus sistemi