"Yaxın vaxtlarda, yaxın illərdə düşmən tərəfindən xarabazara çevrilmiş Qarabağ torpağı laləzara dönəcək".
Bu sözləri "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına müsahibəsində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyib.
“Böyük şəhərlər inşa olunacaq. İnsanlarımız ora qayıdacaq. Eyni zamanda dövlətimiz bundan da qat-qat güclü olacaq. Çünki Qarabağ torpağının Azərbaycan iqtisadiyyatına verəcəyi çox şey var”.
Qeyd edək ki, icra başcısı Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə Quzanlı qəsəbəsində sakinlərlə görüşərək onları təbrik edib.