Ceyms Uorlik: "Mövcud vəziyyət hərtərəfli sülhün əldə olunmasının zəruriliyini göstərir"

Ceyms Uorlik: "Mövcud vəziyyət hərtərəfli sülhün əldə olunmasının zəruriliyini göstərir" Həmsədrlər insanların həlak olması ilə əlaqədar Azərbaycan Prezidentinə başsağlığı verib
Qarabağ
6 Aprel , 2016 16:17
Ceyms Uorlik: Mövcud vəziyyət hərtərəfli sülhün əldə olunmasının zəruriliyini göstərir

Bakı. 6 aprel. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri insanların həlak olması ilə əlaqədar Azərbaycan Prezidentinə başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində son günlərdə vəziyyətin kəskinləşməsini şərh edərkən ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik məlumat verib.

Onun sözlərinə görə, döyüşlər təkcə hərbçilərə yox, həm də mülki vətəndaşlara təsir edib.

C.Uorlik bu gün vasitəçilərin təmas xəttində yaranmış gərginliyi Azərbaycan Prezidenti, xarici işlər naziri və müdafiə naziri ilə müzakirə etdiyini bildirib. O, tərəfləri dərhal atəşkəs rejiminə əməl etməyə çağırıb. Həmsədr mövcud vəziyyətin hərtərəfli sülhün əldə olunmasının zəruriliyini göstərdiyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi