Uorlik: "Həmsədrlərin status-kvonun dəyişdirilməsi üzrə təkliflərindən ardıcıl şəkildə boyun qaçırılır"

Uorlik: "Həmsədrlərin status-kvonun dəyişdirilməsi üzrə təkliflərindən ardıcıl şəkildə boyun qaçırılır" "​Təmas xəttində gərginliyin artması danışıq prosesinə mənfi təsir edir"
Qarabağ
14 May , 2015 11:00
Uorlik: Həmsədrlərin status-kvonun dəyişdirilməsi üzrə təkliflərindən ardıcıl şəkildə boyun qaçırılır

Bakı. 14 may. REPORT.AZ/ "Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ötən il olduqca gərgin keçib və bu danışıq prosesinə mənfi təsir edir". Bu barədə "Report"a ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.  

Vasitəçi tərəfləri atəşkəs rejiminə tam riayət etməyə çağırıb.

Xatırladaq ki, mayın 12-də Bişkek protokolun imzalanması və atəşkəs rejiminin qüvvəyə minməsindən 21 il ötüb.

"Həmsədrlər şəffaflığı artıraraq, təhlükəsizliyi təmin etmək və gücləndirmək, status-kvonun müsbət tərəfə dəyişəcək təkliflər irəli sürüb, lakin onlardan ardıcıl şəkildə boyun qaçırılır. Biz, həmçinin arzu edirik ki, tərəflər insanlar arasında əlaqələrin qurulması proqramlarına  dair təkliflərimizi nəzərdən keçirsin. Bu erməni və Azərbaycan icmaları arasında etimad yaratmağa imkan verəcək", - C.Uorlik qeyd edib. 

Həmsədr vurğulayıb ki, vasitəçilər prezidentlərin növbəti görüşünün hazırlığı ilə bağlı xarici işlər nazirləri ilə fəal iş aparırlar. "Biz hesab edirik ki, tərəflər danışıqlar prosesi çərçivəsində prezidenlərin görüşlərindən əlavə olaraq, müntəzəm görüşlər keçirməlidir. Konkret tarix hələ bəlli deyil, lakin həmsədrlər yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırır", - C.Uorlik deyib. 

ATƏT MQ həmsədrləri və Azərbaycan və Ermənistan prezidentlərinin mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək ehtimalına dair məsələni şərh edən C.Uorlik bildirib ki, belə görüş nəzərdə tutulmayıb. "Lakin prezidentlər görüşmək və sülh istiqamətində addımları müzakirə etmək istəsələr, həmsədrlər hər zaman buna köməklik etməyə hazırdır", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi