Ceyms Uorlik: "Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təşkili üçün imkan yaratmağa hazırdır"

Ceyms Uorlik: "Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təşkili üçün imkan yaratmağa hazırdır" Hərtərəfli sülh sazişi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması anlamına gəlir
Qarabağ
6 Aprel , 2016 16:32
Ceyms Uorlik: Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təşkili üçün imkan yaratmağa hazırdır

Bakı. 6 aprel. REPORT.AZ/ "Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təşkili üçün imkan yaratmağa hazırdır. Amma hər şey nazirlərdən asılıdır".

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

Minsk qrupunun həmsədri tərəfləri hərtərəfli sülh sazişi üzərində işə başlamaq üçün mümkün olan hər şeyi etməyə çağırıb və bunun siyasi iradə tələb etdiyini vurğulayıb.

Jurnalistlərin sualını cavablandıran C.Uorlik bildirib ki, hərtərəfli sülh sazişi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, eləcə də Dağlıq Qarabağın statusunun və digər məsələlərin müəyyənləşdirilməsi anlamına gəlir.

Həmsədr münaqişənin artıq 20 ildən artıq müddətdə həll olunmamasına görə Azərbaycan xalqının məyusluğunu anladığını bildirib. O qeyd edib ki, Ermənistan tərəfdə də məyusluq hissi var.

Vasitəçi ATƏT-in Minsk qrupunun həmsədrlərinin sabah Xankəndinə gedəcəklərini bildirib. Təmas xəttinə səfər ehtimalı ilə bağlı sualı isə amerikalı diplomat belə cavablandırıb: "Monitorinq keçirmək üçün hər iki tərəfin icazəsi lazımdır. Bu icazə isə lazımi təhlükəsizlik səviyyəsinin təmin edilməsi halında verilə bilər".

Son xəbərlər

Orphus sistemi