Ukraynalı jurnalist: "Ölkələrimizin sərhədləri öz əlimizdə olmalıdır"

Ukraynalı jurnalist: "Ölkələrimizin sərhədləri öz əlimizdə olmalıdır" “Bu gün ilk dəfə cəbhə bölgəsindəki kəndlərinizdə olduq, dağıntıları, viranələri gördük, dinc sakinlərlə söhbət etdik. Əlbəttə, bütün bunlar dəhşətdir”.
Dağlıq Qarabağ münaqişəsi
3214
1 Oktyabr , 2020 19:37
Ukraynalı jurnalist: Ölkələrimizin sərhədləri öz əlimizdə olmalıdır
Yevgeniya Kitayevaya

“Bu gün ilk dəfə cəbhə bölgəsindəki kəndlərinizdə olduq, yerli sakinlərin dağılmış evlərini gördük, dinc sakinlərlə söhbət etdik. Əlbəttə, bütün bunlar dəhşətdir”.

“Report” xəbər verir ki, bu fikirləri Ukraynanın “5 kanal” telekanalının əməkdaşı Yevgeniya Kitayevaya jurnalistlərlə söhbətində dilə gətirib.

"Bütün bunları öz ölkəmizdə də görmüşük, altı ildir bunları yaşayıb gəlirik. Azərbaycan xalqına möhkəm dayanmalarını arzulayıram, hər şey düzələcək. Biz də, siz də mübarizə aparırıq. Əsas odur ki, mübarizəmiz bəhrəsini versin, ölkələrimizin sərhədləri öz əlimizdə olsun”, - ukraynalı telejurnalist qeyd edib.

Son xəbərlər

Orphus sistemi