Ukraynada Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı tədbirlər keçirilib

Ukraynada Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı tədbirlər keçirilib Ukraynanın müxtəlif vilayətlərində yaşayan azərbaycanlılar tərəfindən yerli rəsmilərin və fəalların iştirakı ilə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib.
Qarabağ
29 Fevral , 2020 14:37
Ukraynada Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı tədbirlər keçirilib

Ukraynanın müxtəlif vilayətlərində yaşayan azərbaycanlılar tərəfindən yerli rəsmilərin və fəalların iştirakı ilə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib.

"Report" xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın işğal olunan torpaqları barədə məlumatlandırılıblar.

Tədbirlər Ukraynanın Dnepropetrovsk, Odessa, Lvov, Nikolayev, Xarkov, Jitomir, Poltova, Çerniqov, İvano-Frankovsk, Çernovtsı, Xmelntski və digər vilayətlərində keçirilib.

Tədbirlərdən əvvəl Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev Ali Rada (parlament) deputatları ilə görüşüb. O, Xocalı soyqırımının, Azərbaycanın işğal olunmuş torpaqlarının bütün beynəlxalq təşkilatların çağırışlarına və sənədlərinə baxmayaraq, Ermənistan tərəfindən işğalda saxlanması faktının qanunverici orqanlarda vaxtaşırı səsləndirilməsi ətrafında müzakirələr aparıb.

 

BUAK-ın vilayət üzrə sədri Nəcəf Əhmədov bildirib ki, Dnepropetrovskdə konqresin təşkilatçılığı ilə “Silahlı münaqişələr şəraitində insanlığa qarşı hərbi cinayətlərin qarşısının alınması” adlı seminar təşkil olunub. 

Seminarda qonşu vilayətlərlə yanaşı, yerli fəal azərbaycanlılar, ukraynalılar, o cümlədən yerli rəsmilər iştirak ediblər. Müzakirələrdə 1992-ci ildə erməni silahlılarının 366-cı alayın köməkliyi ilə Azərbaycanın Xocalı şəhərində yerli sakinlərə qarşı törətdiyi soyqırımı aktı pislənib. Tədbir çərçivəsində işğal olunmuş Azərbaycan torpaqları, Xocalı soyqırımı və bunlarla bağlı beynəlxalq sənədlərdən ibarət nəşrlər iştirakçılara paylanıb. 

Tədbirə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də qatılıb.

Tədbirdə 30 ilə yaxındır Azərbaycan torpaqlarının işğalda saxlanılmasının dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq və prinsiplərə zidd olduğu diqqətə çatdırılıb.

Eyni məzmunlu tədbirlər Ukraynanın yuxarıda sadalanan digər vilayətlərində də keçirilib.

Son xəbərlər

Orphus sistemi