Bakı. 6 dekabr. REPORT.AZ/ "Ukrayna
“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında Ukraynanın xarici işlər naziri Pavlo Klimkin bildirib.
“Gürcüstan, Azərbaycan, Moldova ərazilərindəki münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində tam və dinc yolla həlli ümumi amalımız olmalıdır”, – nazir vurğulayıb.
Ukraynanın XİN rəhbəri həmçinin region ölkələrinin təhlükəsizliyini təmin etməkdə ATƏT-in mühüm platform olaraq qaldığını diqqətə çatdırıb.