Türkiyənin XİN başçısı ATƏT-in Minsk qrupunu Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri artırmağa çağırıb

Türkiyənin XİN başçısı ATƏT-in Minsk qrupunu Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri artırmağa çağırıb Çavuşoğlu: "Biz həmişə Azərbaycanı dəstəkləməyə hazırıq"
Qarabağ
19 İyul , 2017 13:30
Türkiyənin XİN başçısı ATƏT-in Minsk qrupunu Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri artırmağa çağırıb

Bakı. 19 iyul. REPORT.AZ/ "Biz həmişə Azərbaycanı dəstəkləməyə hazırıq və ATƏT-in Minsk qrupundan səylərin artırılmasını tələb edirik".

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Füzuli rayonunun Alıxanlı kəndində iki yaşlı Zəhranın və onun nənəsinin ermənilərin açdığı atəş nəticəsində həlak olduğu 4 iyul hadisəsini şərh edən Çavuşoğlu ölənlərin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığı verib. "Ermənistan tərəfindən atəşin dayandırılmasını tələb edirik və Azərbaycanın işğal olunmuş torpaqlarından qoşunların çıxarılmasının zəruriliyini bir daha təsdiq edirik", - Türkiyə XİN rəhbəri deyib.

Son xəbərlər

Orphus sistemi