Türkiyəli professor: "Ermənilərin işğalçılıq siyasətinə görə Qafqazda sülh əldə etmək mümkün olmayıb"

Türkiyəli professor: "Ermənilərin işğalçılıq siyasətinə görə Qafqazda sülh əldə etmək mümkün olmayıb" Bakı. 29 mart. REPORT.AZ/ Ermənilərin işğalçılıq və soyqırım siyasəti səbəbindən Qafqazda hələ də sülh əldə etmək mümkün olmayıb.
Qarabağ
29 Mart , 2018 11:13
Türkiyəli professor: Ermənilərin işğalçılıq siyasətinə görə Qafqazda sülh əldə etmək mümkün olmayıb
Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kemal Çiçe / Report/ Firi Salim

Bakı. 29 mart. REPORT.AZ/ "Ermənilərin işğalçılıq və soyqırım siyasəti səbəbindən Qafqazda hələ də sülh əldə etmək mümkün olmayıb".

"Report" xəbər verir ki, bunu Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kemal Çiçek “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Türkiyəli professor qeyd edib ki, ermənilər Dağlıq Qarabağı işğal etdikdən sonra orada bir nəfər də olsa azərbaycanlı, müsəlman qoymadı: “Bu onu göstərir ki, ermənilərin tarix boyu həyata keçirdikləri soyqırım siyasəti bu gün də davam edir. Xocalıda yaşananlar da bunun bariz nümunəsidir. Çünki oradakı dinc sakinlər də məhz azərbaycanlı olduqları üçün qətlə yetirildilər”.

O bildirib ki, ermənilər sadəcə ermənilərdən ibarət dövlət qurmaq üçün dövlət səviyyəsində etnik təmizləmə aparıblar: “Regionda bütün ölkələrdə çoxmillətlilik mövcuddur. Azərbaycanda erməni, rus, iran və başqa etnik qruplara aid insanlar yaşayır. Ermənistanda isə ermənilərdən başqa heç kim yaşamır”. 

Son xəbərlər

Orphus sistemi