​Türkiyədə "Xocalı şəhidləri" abidəsinin açılışı olacaq

​Türkiyədə "Xocalı şəhidləri" abidəsinin açılışı olacaq Təbirdən sonra İlham Əliyev xatirə parkında gül əkiləcək
Qarabağ
21 Aprel , 2015 13:01
​Türkiyədə Xocalı şəhidləri abidəsinin açılışı olacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 22-də Türkiyənin İzmit şəhərinin Yenişəhr məhəlləsində "Xocalı Şəhidlər" abidəsinin açılışı olacaq.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu İzmit bələdiyyəsinin sədri Nevzat Doğan bildirib.

Xəbərə görə, 2,5 metr hündürlüyündə olan abidəni İzmit Bələdiyyəsi hazırlayıb. 

Təbirdən sonra Cebhanelik bölgəsində İlham Əliyev parkında gül əkiləcək. 

Son xəbərlər

Orphus sistemi