Yuxarı

Türkiyə XİN başçısının müavini: “Qarabağa səfər edən türkiyəli siyasətçilər barəsində müvafiq addımlar atılacaq”

“Azərbaycanın həssaslığı bizim həsaslığımızdır”
© Report — Türkiyə xarici işlər nazirinin müavini Əhmət Yıldız

İstanbul. 6 oktyabr. REPORT.AZ/ “Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edən türkiyəli siyasətçilər barəsində Türkiyə müvafiq addımlar atacaq”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında bu ölkənin xarici işlər nazirinin müavini Əhmət Yıldız deyib.

“Bu hadisə baş verəndə mən xarici ölkədə idim. Baş verənlər haqqında məlumat aldım. Təbii ki, diqqət etmək lazımdır. Azərbaycanın həssaslığı bizim həsaslığımızdır. Xüsusilə Qarabağda Azərbaycan torpaqlarının işğalının davam etdiyi müddətdə bu kimi işlər əsla yolverilməzdir. Bu şəxslərlə bağlı lazimi addımlar atılıb və atılacaq”.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi