Türkiyə XİN başçısı: "Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır"

Türkiyə XİN başçısı: "Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır" "Türkiyə Qarabağ münaqişəsinin Azərbaycan üçün məqbul həll yolunu dəstəkləyir"
Qarabağ
20 Dekabr , 2017 12:33
Türkiyə XİN başçısı: Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır
Report

Bakı. 20 dekabr. REPORT.AZ/ "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün məqbul həll yolunu dəstəkləyir".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Ermənistan günahkardır və bunu etiraf etmək istəmir. Ermənistanla əlaqələrimizin bərpa olunması üçün əvvəlcə onlar qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdırlar. Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Ermənistan tələblərimizi yerinə yetirmədiyi müddətdə onlarla nədəsə razılaşmağımız mümkün deyil", - M.Çavuşoğlu bildirib.

Son xəbərlər

Orphus sistemi