Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək Dmitri Peskov: “İki ölkə prezidentlərinin mümkün görüşünə hazırlıq gedir”
Qarabağ
2 Noyabr , 2017 16:27
Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ “İki ölkə prezidentlərinin mümkün görüşünə hazırlıq gedir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın həftələrdə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.

Türkiyənin “Sabah” qəzeti də ölkə rəhbərlərinin görüşəcəyini yazıb. Qəzetin məlumatına görə, R.T. Ərdoğan Azərbaycana səfərdən qayıdarkən təyyarənin göyərtəsində jurnalisltələrə bildirib ki, yaxın bir-iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. 

R.T.Ərdoğan deyib ki, V.Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb. 

Son xəbərlər

Orphus sistemi