Bakı. 26 fevral. REPORT.AZ/ "
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
"27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün bura gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq. Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmasın", - səfir əlavə edib.
"Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın, kimlərsə buna cəsarət etməsin.
Azərbaycanın torpaqları azad olunmayınca, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmayınca biz də rahat olmayacağıq",- o, vurğulayıb.
Səfir qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı Türkiyənin bir çox vilayətlərində anım tədbirləri keçirilir.