Türkiyə Prezidenti: "Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik"

Türkiyə Prezidenti: "Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik" Bakı. 3 sentyabr. REPORT.AZ/ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik.
Qarabağ
3 Sentyabr , 2018 22:31
Türkiyə Prezidenti: Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik".

“Report” xəbər verir ki, bunu sentyabrın 3-də Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Türkiyənin və digər ölkələrin dəstəyinin önəmli olduğunu bildirərək bildirib:

"Türk dünyası olaraq, sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik".

Son xəbərlər

Orphus sistemi