​Türkiyə Prezident Administrasiyasının sözçüsü: "Dinc, mülki əhaliyə qarşı törədilən bu vəhşiliyi qınayırıq"

​Türkiyə Prezident Administrasiyasının sözçüsü: "Dinc, mülki əhaliyə qarşı törədilən bu vəhşiliyi qınayırıq" İbrahim Kalın: "Azərbaycan xalqının yanında olduğumuzu bir daha bildiririk"
Qarabağ
26 Fevral , 2016 16:27
​Türkiyə Prezident Administrasiyasının sözçüsü: Dinc, mülki əhaliyə qarşı törədilən bu vəhşiliyi qınayırıq

Bakı. 26 fevral. REPORT.AZ/ "Bu gün Xocalı qətliamının növbəti ildönümdür. Dinc mülki əhaliyə qarşı törədilən bu vəhşiliyi qınayır, Azərbaycan xalqının yanında olduğumuzu bir daha bildiririk".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın fevralın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə müsahibəsində Xocalı soyqırımının 24-cü ildönümünün qeyd olunacağı faktını diqqətə çatdırarkən deyib: "Biz bir daha Xocalı soyqırımını lənətləyirik".

Son xəbərlər

Orphus sistemi