Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Türkiyə səfiri ilə görüşüb

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Türkiyə səfiri ilə görüşüb Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.
Qarabağ
7 Yanvar , 2019 12:46
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Türkiyə səfiri ilə görüşüb

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

"Report" xəbər verir ki, bunu icma rəhbəri sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzləşdiyi problemlər haqqında Türkiyəli səfirə ətraflı məlumat verib.

Görüş zamanı icmanın gələcək fəaliyyəti və keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb. T.Gəncəliyev Dağlıq Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe və göstərdiyi dəstəyə görə səfir E.Özoralın qismində Türkiyəyə dərin təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi