Tural Gəncəliyev: "İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik"

Tural Gəncəliyev: "İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik" “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Tural Gəncəliyev sentyabrın 18-də Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində hazırlanmış videoçarxın nümayiş olunmasından sonra ermənilər tərəfindən təhdidlərə məruz qalıb.
Qarabağ
25 Sentyabr , 2019 16:46
Tural Gəncəliyev: İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Tural Gəncəliyev sentyabrın 18-də Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində hazırlanmış videoçarxın nümayiş olunmasından sonra ermənilər tərəfindən təhdidlərə məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə Tural Gəncəliyev “Qarabağın Harayı” adlı ədəbi-bədii tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, icma tərəfindən hazırlanan həmin videoçarx erməniləri qıcıqlandırıb: “Onlar mənə təhdid dolu şərhlər yazırlar. Hər gün İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik. Amma biz informasiya müharibəsində var gücümüzlə çalışırıq. Bu işləri Qarabağda qələbə ilə yekunlaşdıracağıq”.

Son xəbərlər

Orphus sistemi