​Tərtərin icra başçısı: "Ermənilər mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evini dağıdıb"

​Tərtərin icra başçısı: "Ermənilər mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evini dağıdıb" Ziyan dəyən 2 yaşayış evi şəhərin mərkəzindədir
Qarabağ
3 Aprel , 2016 19:46
​Tərtərin icra başçısı: Ermənilər mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evini dağıdıb

Bakı. 3 aprel. REPORT.AZ/ "Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb".

Bunu "Report"a açıqlamasında Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir: "Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir".

Son xəbərlər

Orphus sistemi