Tərtərdə dağıdılmış evlərdən

Tərtərdə dağıdılmış evlərdən Video əlavə olunub
Dağlıq Qarabağ münaqişəsi
7559
18 Oktyabr , 2020 19:42
Tərtərdə dağıdılmış evlərdən

Video əlavə olunub

18:36

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gecə - oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Sentyabrın 27-dən oktyabrın 17-dək rayon ərazisinə ümumilkdə 13 136 top mərmisi atılıb.

Nəticədə Tərtər rayonunda 14 nəfər həlak olub, 52 nəfər yaralanıb, 646 evə ziyan dəyib, 118 ev və 30 yardımçı tikili tamamilə dağılıb.

Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 50 yardımçı tikiliyə, 19 sosial evə, 44 ticarət obyektinə, 18 inzibati binaya və 8 istehsal obyektinə ziyan dəyib.

Buna baxmayaraq, hazırda rayon sakinlərinin əhvali-ruhiyyəsi yaxşıdır. Onlar düşməndən qorxmadıqlarını, Azərbaycan Ordusuna güvəndiklərini bildirirlər.

Son xəbərlər

Orphus sistemi