​Təmas xəttində monitorinq keçiriləcək

​Təmas xəttində monitorinq keçiriləcək Monitorinqin Tərtər rayonu ərazisində keçirilməsi planlaşdırılır
Qarabağ
21 İyul , 2015 09:15
​Təmas xəttində monitorinq keçiriləcək

Bakı. 21 iyul. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 22-də Tərtər rayonu ərazisində qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi