Şuşanın işğalının 23-cü ildönümü ilə əlaqədar Qusarda anma mərasimi keçirilib

Şuşanın işğalının 23-cü ildönümü ilə əlaqədar Qusarda anma mərasimi keçirilib Tədbirdə rayon icra hakimiyyətinin başçısı Şair Alxasov çıxış edib
Qarabağ
9 May , 2015 01:02
Şuşanın işğalının 23-cü ildönümü ilə əlaqədar Qusarda anma mərasimi keçirilib

Bakı. 9 may. REPORT.AZ/ Qusar Rayon İcra hakimiyyəti tərəfindən 8 may - Şuşa şəhərinin işğalı günü ilə bağlı tədbir keçirilib.

Qusar İH-dən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, Şuşanın işğalı dövründə hakimiyyətdə olan adamların səriştəsizliyi ucbatından alınmaz qala adlanan Şuşa şəhəri düşmən əlinə keçib. Ardınca Dağlıq Qarabağdakı digər rayonlarda işğal olunub.

Onun sözlərinə görə, xalqın təkidilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev atəşkəsə nail oldu və Azərbaycan mühüm inkişaf yoluna qədəm qoydu. O, əlavə edib ki, bu gün respublikamız inkişaf etmiş ölkələr arasında özünə layiqli yer tutur.

Daha sonra Şuşa şəhəri haqqında sənədli film nümayiş olundu. Filmdən sonra Şuşanın işğalı və Dağlıq Qarabağın Azərbaycan üçün nəqədər dəyərli olduğu haqqında çıxışlar dinlənildi.

Son xəbərlər

Orphus sistemi