​Ştaynmayer: "Qarabağ münaqişəsi zonasında status-kvo uzandıqca vəziyyətin yenidən gərginləşməsi təhlükəsi artır"

​Ştaynmayer: "Qarabağ münaqişəsi zonasında status-kvo uzandıqca vəziyyətin yenidən gərginləşməsi təhlükəsi artır" "Status-kvonu uzun müddət saxlamaq mümkün deyil"
Qarabağ
30 İyun , 2016 00:13
​Ştaynmayer: Qarabağ münaqişəsi zonasında status-kvo uzandıqca vəziyyətin yenidən gərginləşməsi təhlükəsi artır

Bakı. 30 iyun. REPORT.AZ/ Aprelin əvvəlində Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra, ATƏT üçün aydın oldu ki, regionda status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Uzandıqca vəziyyətin yenidən gərginləşməsi təhlükəsi artır.

"Report" xəbər verir ki, bunu iyunun 29-da Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Ştaynmayer qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilən görüşü Qarabağ münaqişəsi zonasındakı vəziyyətin sakitləşməsi ilə nəticələnib.

"Güman edirəm ki, biz düzgün yoldayıq, bizim vəzifəmiz hazırda yaranan vəziyyəti saxlamaq və irəliyə getməkdən ibarətdir. Bunun üçün ATƏT-in Minsk qrupunun səyləri və tərəflərin güzəştə getməyə hazır olmaları lazımdır", — deyə o əlavə edib.

Nazirin sözlərinə görə, ATƏT Qarabağ münaqişəsinin uzunmüddətli həlli yolunu tapmaq üçün səy göstərir.

Son xəbərlər

Orphus sistemi