Ştaynmayer: "Almaniya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların ATƏT-in Minsk Qrupunun himayəsi altında intensivləşdirilməsinin tərəfdarıdır"

Ştaynmayer: "Almaniya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların ATƏT-in Minsk Qrupunun himayəsi altında intensivləşdirilməsinin tərəfdarıdır" "Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar bizə narahat olmağa əsas verir"
Qarabağ
4 Fevral , 2016 10:41
Ştaynmayer: Almaniya Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların ATƏT-in Minsk Qrupunun himayəsi altında intensivləşdirilməsinin tərəfdarıdır

Bakı. 4 fevral. REPORT.AZ/ Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların ATƏT-in Minsk Qrupunun himayəsi altında intensivləşdirilməsinin tərəfdarıdır.

"Report"un məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Avropada təhlükəsizlik məsələsinə həsr olunmuş məqaləsində yazır.

"Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar bizə narahat olmağa əsas verir", - fəaliyyətdə olan sədrin məqaləsində deyilir.

Almaniyanın XİN başçısının fikrincə, münaqişənin həlli istiqamətində daha bir mühüm addım atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizminin yaradılmasıdır.

Ştaynmayer vurğulayır ki, Dnestryanı, Dağlıq Qarabağ və Cənubi Qafqazdakı həll olunmamış münaqişələri "dondurulmuş" hesab etmir.

"Hər il bu münaqişələr sadə əhaliyə çətinliklər yaradır, eləcə də regionda durğunluq yaradır. Biz iqtisadi mübadilənin artırılması kimi kiçik, amma real addımlar ataraq atəşkəsi sabitləşdirmək, inam yaratmaq və insanların həyatını yaxşılaşdırmaq istəyirik", - deyə Almaniya xarici işlər naziri naziri yazıb.

Son xəbərlər

Orphus sistemi