Komitə: Son 25 ildə 34 azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb

Komitə: Son 25 ildə 34 azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb “1994-cü ildən bu gün qədər 34 nəfər azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb”.
Qarabağ
19 Aprel , 2019 11:10
Komitə: Son 25 ildə  34 azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb
0 : 00
0 : 00

“1994-cü ildən bu gün qədər 34 nəfər azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb”.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi uşaqlar üzərində faciəli təsirlərini qoyub: “Yüz minlərlə uşaq Dağlıq Qarabağda gedən döyüşlər zamanı ziyan görüb. Ümumilikdə, 1994-cü ildən bu günə qədər Qarabağ döyüşləri zamanı 300 minə qədər uşaq isə zərər çəkib. Bu, dünyada qlobal problemlərdəndir. Dünya buna etinasız yanaşmamalıdır”.

Son xəbərlər

Orphus sistemi