Şöbə müdiri: "Beynəlxalq təşkilatlara məktublar göndərmişik"

Şöbə müdiri: "Beynəlxalq təşkilatlara məktublar göndərmişik" "Dağlıq Qarabağın azərbaycanlı icması indiyədək Azərbaycanda akkreditə olunmuş 30-dan çox ölkənin səfiri ilə görüşlər keçirib"
Qarabağ
3 Oktyabr , 2020 15:13
Şöbə müdiri: Beynəlxalq təşkilatlara məktublar göndərmişik
Aybəniz İsmayılova

"Dağlıq Qarabağın azərbaycanlı icması indiyədək Azərbaycanda akkreditə olunmuş 30-dan çox ölkənin səfiri ilə görüşlər keçirib"

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Beynəlxalq şöbəsinin müdiri Aybəniz İsmayılova deyib.

"Beynəlxalq təşkilatlarla həftəlik mütəmadi görüşlərimiz olur. Həm yerli, həm də xarici mediada öz sözümüzü demişik. Son 8 gün ərzində Avropanın müxtəlif media nümayəndələrinə onların yaydıqları həqiqətə uyğun olmayan məlumatları puç edən birbaşa məlumatlar göndərmişik. Azərbaycanda siyasi maraqları olan təşkilatlara da ünvanlı məktublar göndərmişik", - o bildirib. 

Son xəbərlər

Orphus sistemi