Siyavuş Novruzov: "Tarixi abidələrin qorunması işləri gücləndirilməlidir"

Siyavuş Novruzov: "Tarixi abidələrin qorunması işləri gücləndirilməlidir" Bakı. 13 dekabr. REPORT.AZ/ Tarixi abidə­lərin qorunması istiq­amətində işlər intens­ivləşdirilməlidir.
Qarabağ
13 Dekabr , 2017 12:22
Siyavuş Novruzov: Tarixi abidələrin qorunması işləri gücləndirilməlidir
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov / Report

Bakı. 13 dekabr. REPORT.AZ/ "Tarixi abidə­lərin qorunması istiq­amətində işlər intens­ivləşdirilməlidir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş ­Novruzov “Müəllif hüququna hörmətin aşılanması və r­əqəmsal mühitdə pirat­çılığa və kontrafaktç­ılığa qarşı mübarizə”­ mövzusunda keçirilən konfransda deyib. 

O bildirib ki, UNESCO və İSESC­O çərçivəsində Azərbaycan abidəl­ərinin qorunması işi ge­dir, ancaq saxta olan­ və saxta olmayan qeydiyyat məsələsinə xüs­usi diqqət yetirilməl­idir: "Biz ermənilərin­ saxta qeydiyyat apar­masına qarşı mübarizə­ aparmalıyıq".

Komitə sədri xatırladıb ki, ermənilər Azərbaycan ­ərazilərinə köçdükdən­ sonra Azərbaycan xal­qının və digər xalqla­rın mədəniyyət abidələrini, mədəniyyətini,­ adət-ənənələrini, mə­işətini özününküləşdi­rməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi