​Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb, iki erməni məhv edilib

​Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb, iki erməni məhv edilib Şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib
Qarabağ
23 Yanvar , 2015 12:23
​Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb, iki erməni məhv edilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib”, - açıqlamada bildirilib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib: “Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır”.

Son xəbərlər

Orphus sistemi