“Serj Sarqsyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası başa çatıb

“Serj Sarqsyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası başa çatıb İşçi Qrupu atılacaq növbəti addımlar və ayrı-ayrı istiqamətdə görüləcək işlər barədə ictimaiyyətə məlumat verəcək
Qarabağ
18 Fevral , 2015 10:45
“Serj Sarqsyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası başa çatıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən “Serj Sarqsyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası vaxtından əvvəl başa çatıb. “Report”un xəbərinə görə, bu barədə Şuranın sədri, deputat Azay Quliyev məlumat verib.

Deputat bu işdə əməyi olan hər bir kəsə, təşəkkür edib: “Mən son günlər səs vermə zamanı xüsusi fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyasının çox minli üzvlərinə, rabitə və təhsil işçilərinə bu səslərin qısa müddətdə toplanmasında göstərdikləri fədakarlığa görə ayrıca minnətdarlığımı çatdırıram. Şuranın başladığı bu kampaniyaya reaksiya tək Azərbaycandan deyi, xarici ölkələrdən də gəldi. Bu prosesi hər gün yaxından izləyən əməkdaşların verdikləri məlumata görə Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da səsimizə səs verən əcnəbilər tapıldı. Bu əcnəbilər arasında tanınmış şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var idi. Təbii ki, burada diqqətimizi cəlb edən Sarqsyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə uşaqların, qadınların və ahıl insanların qanına batan Sarqsyanın ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi ermənilər də tələb edirlər”.

A.Quliyev əlavə edib ki, yaxın günlərdə İşçi Qrupu atılacaq növbəti addımlar və ayrı-ayrı istiqamətdə görüləcək işlər barədə ictimaiyyətə məlumat verəcək.

Son xəbərlər

Orphus sistemi