Yuxarı
    Bağlamaq

    Serj Sarqsyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib

    O, özü ilə Yerevandan bir qrup yüksək rütbəli hərbçi də gətirib

    Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, özü ilə Yerevandan bir qrup yüksək rütbəli hərbçi də gətirib. 

    S.Sarqsyan işğal olunmuş ərazilərdəki separatçılarla ilin yekunlarına dair toplantı keçirib. Tədbirdə Ermənistan Silah Qüvvələrinin hərbçiləri də iştirak ediblər. 

    S.Sarqsyanın Azərbaycan torpaqlarındakı işğalçı qüvvələrin hərbi hissələrinə baş çəkəcəyi də gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi