Sergey Markov: "Azərbaycan Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir"

Sergey Markov: "Azərbaycan Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir" "Rusiya bu gün bütün səviyyələrdə - siyasət, mədəniyyət, vətəndaş cəmiyyəti, turizm və başqa sahələrdə yenilənən Azərbaycan görməlidir"
Qarabağ
14 Sentyabr , 2017 14:22
Sergey Markov: Azərbaycan Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir
Sputnik/ Vladimir Trefilo

Moskva. 14 sentyabr. REPORT.AZ/ "Bu gün Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransında deyib.

"Azərbaycanın xüsusi iqtisadi və siyasi rolunu nəzərə alsaq,  Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir", - S.Markov bildirib.

Ekspertin sözlərinə görə, bu yaxınlarda Rusiyanın və NATO-nun Baş Qərargah rəislərinin Bakıda keçirdiyi görüş rəsmi Bakının geosiyasi bölgüdə xüsusi yer tutduğunun təsdiqidir.

S.Markov qeyd edib ki, Rusiya bu gün bütün səviyyələrdə - siyasət, mədəniyyət, vətəndaş cəmiyyəti, turizm və başqa sahələrdə yenilənən Azərbaycan görməlidir.

Son xəbərlər

Orphus sistemi