Sergey Lavrov və Con Kerri Dağlıq Qarabağda atəşin dayandırılmasını alqışlayıblar

Sergey Lavrov və Con Kerri Dağlıq Qarabağda atəşin dayandırılmasını alqışlayıblar Bu, regionda vəziyyətin normallaşmasına imkan yaradacaq
Qarabağ
10 Aprel , 2016 19:38
Sergey Lavrov və Con Kerri Dağlıq Qarabağda atəşin dayandırılmasını alqışlayıblar

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

"Report"un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri Dağlıq Qarabağda atəşin dayandırılması haqda razılaşmanı alqışlayıblar.

"Xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağ atəşin dayandırılması haqqında razılığı alqışlayıblar. Bu, regionda vəziyyətin normallaşmasına imkan yaradacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi