Sergey Lavrov Ermənistanın yeni XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Sergey Lavrov Ermənistanın yeni XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Bakı. 23 may. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri telefon danışığı zamanı müzakirə edib.
Qarabağ
23 May , 2018 14:33
Sergey Lavrov Ermənistanın yeni XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri telefon danışığı zamanı müzakirə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. 

Bildirilib ki, mayın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub: "Aktual məsələlər müzakirə edilib".

Nazirliyin məlumatında qeyd olunub ki, nazirlər ikitərəfli tədbirlər planını, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi