Sergey Lavrov: "Azərbaycanla Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkilinə dair dialoq aparılır"

Sergey Lavrov: "Azərbaycanla Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkilinə dair dialoq aparılır" ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında mövqelərin yaxınlaşması, razılığa gəlmələri üçün səy göstərməlidir.
Qarabağ
31 Oktyabr , 2019 15:11
Sergey Lavrov: Azərbaycanla Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkilinə dair dialoq aparılır

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında mövqelərin yaxınlaşması, razılığa gəlmələri üçün səy göstərməlidir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Moskvada danışıqlardan sonra bildirib.

Rusiyalı nazir aprel ayında Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədləri ilə Moskvada görüş zamanı da gərginliyi azaltmaq, etimad mühiti yaratmaq məqsədilə əsir və girovların qarşılıqlı təhvil verilməsi, habelə jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etməyin gündəmə gəldiyini xatırladıb.

Hazırda Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri məsələsində müəyyən ümidlər yarandığını qeyd edən S.Lavrov əsir və girovlar məsələsində vəziyyətin o qədər də yaxşı olmadığını dilə gətirərək yenə də bu istiqamətdə irəli getməyin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi