Səməd Seyidov: “Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması mühüm məsələdir”

Səməd Seyidov: “Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması mühüm məsələdir” “Ermənitan qeyri-konstruktiv mövqedən çıxış edir”
Qarabağ
28 Noyabr , 2016 12:56
Səməd Seyidov: “Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması mühüm məsələdir”

Bakı. 28 noyabr. REPORT.AZ/ “Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi gedir. Ermənistan isə qeyri-konstruktiv mövqedən çıxış edir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, Avropanın bütün layihələrində iştirak edən Ermənistan məhkəməyə çağırılmalıdır: “Xocalı faciəsi ilə bağlı qanun layihəsinin hazırlanması mühüm məsələdir. Bu məsələnin hüquqi müstəviyə çıxarılması kifayət qədər çətindir. Bəzən deyirlər ki, biz bu məsələlərdə gecikmişik, elə deyil, bununla bağlı işlərimiz davam edir”.

Son xəbərlər

Orphus sistemi