​“Seltik” klubu Bakıda məcburi köçkün məktəbinin komandası ilə futbol oynayıb

​“Seltik” klubu Bakıda məcburi köçkün məktəbinin komandası ilə futbol oynayıb Klub üzvləri məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar
Qarabağ
4 Avqust , 2015 16:34
​“Seltik” klubu Bakıda məcburi köçkün məktəbinin komandası ilə futbol oynayıb

Bakı. 4 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın “Seltik” klubunun üzvləri, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar. Bu barədə “Report”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov futbol komandasının üzvlərinə və onları müşayət edən mətbuat nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə məlumat verib. O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Sonra “Seltik” futbol klubunun üzvləri məhəllədə olan Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olublar və məktəbin idman zalında həmin məktəbin şagirdlərindən ibarət futbol komandası ilə futbol oynayıblar və xatirə şəkilləri çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi