Yuxarı

Şəhid Şahlar Nəzərov dəfn olunub

Şəhid Şahlar Nəzərov dəfn olunub
O, Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında torpağa tapşırılıb

Bakı. 28 fevral. REPORT.AZ Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Fizuli - Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərov Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında dəfn olunub.

"Report"un Cənub bürosunun məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib. 

Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında şəhid son mənzilə yola salınıb. 

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi