Şəhid general-mayor Polad Həşimovla vida mərasimi keçirilib

Şəhid general-mayor Polad Həşimovla vida mərasimi keçirilib İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərən düşmənlə şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ord
Dağlıq Qarabağ münaqişəsi
301
15 İyul , 2020 00:03
Şəhid general-mayor Polad Həşimovla vida mərasimi keçirilib

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərən düşmənlə şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi dünən doğulduğu Qəbələ rayonuna gətirilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhidin cənazəsi ata ocağında böyük coşqu ilə qarşılanıb.

Cənazə namazının qılınması mərasimində minlərlə adam toplaşıb. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, hərbçilər, ehtiyatda olan zabitlər və rayon ictimaiyyəti iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı, şəhidin hərbçi yoldaşları çıxış edərək, onun 1992-ci ildən bəri keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda P.Həşimovun döyüş yolunun gənclərə nümunə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Vətən uğrunda şəhid olanların xatirəsi heç vaxt unudulmur və daim əziz tutulur.

Generalın ailə üzvləri adından çıxış edən qardaşı İlham Həşimov və oğlu Davud Həşimov şəhidlə bağlı xatirələrini bölüşüb.

Sonra şəhid generalın cənazəsi Azərbaycan bayrağı altında, böyük insan izdihamı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Qəbələdən Bakıya yola salınıb.

Şəhid Polad Həşimovun nəşi bu gün doğulduğu və yaşadığı Sumqayıtda torpağa tapşırılacaq.