Şəhid Çingiz Qurbanovun atası Azərbaycan Bayrağını oğlunun xidmət etdiyi hərbi hissəyə təqdim edib - VİDEO

Şəhid Çingiz Qurbanovun atası Azərbaycan Bayrağını oğlunun xidmət etdiyi hərbi hissəyə təqdim edib - VİDEO "Bu bayraq işğaldan azad olunandan sonra Qarabağda dalğalansın"
Qarabağ
6 Fevral , 2017 15:46
Şəhid Çingiz Qurbanovun atası Azərbaycan Bayrağını oğlunun xidmət etdiyi hərbi hissəyə təqdim edib - VİDEO

Qusar. 6 fevral. REPORT.AZ/ Şəhid Çingiz Qurbanovun atası əbədi saxlamaq üçün ona verilən Azərbaycanın Dövlət Bayrağını oğlunun xidmət göstərdiyi hərbi hissəyə təqdim edib.

"Report"un Şimal bürosunun məlumatına görə, Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhidin nəşi üzərinə sərilən Azərbaycanın Dövlət Bayrağını əbədi xatirə saxlamaq üçün onun atası Salman Qurbanova təqdim edib. 

S.Qurbanov Azərbaycan Bayrağını oğlunun xidmət etdiyi hərbi hissəyə verib. "Mən bu bayrağı Çingizin xidmət etdiyi hərbi hissəyə təqdim edirəm. Bu bayraq gələcəkdə, işğaldan azad olunandan sonra Qarabağda dalğalansın" - deyə, o, əlavə edib.

Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Prezident, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb. 

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Şəhid Çingiz Qurbanov bu gün Qusardakı Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi