Səfir: "Ukraynanın Qarabağla bağlı mövqeyi dəyişməzdir"

Səfir: "Ukraynanın Qarabağla bağlı mövqeyi dəyişməzdir" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi tamamilə ardıcıl və dəyişməzdir.
Qarabağ
10 Sentyabr , 2019 12:15
Səfir: Ukraynanın Qarabağla bağlı mövqeyi dəyişməzdir

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi tamamilə ardıcıl və dəyişməzdir".

"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski keçirdiyi mətbuat konfransında bildirib.

"Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu, dəfələrlə bəyanatlarda qeyd olunub. BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünün həlli məsələsinin dəstəklənməsi təşəbbüsü Ukraynaya məxsusdur. Danışıqlar illərlə davam edə bilər, amma heç bir nəticə yoxdur. Sanksiyalar aləti təsirlidir, ancaq bunun tam şəkildə həyata keçirilməsi üçün vaxt lazımdır", - səfir deyib.

Onun sözlərinə görə, postsovet məkanında, o cümlədən GUAM çərçivəsində münaqişələrin həlli üçün azı bir münaqişənin həlli nümunə olmalıdır.

"Birlikdə, məsləhətləşmələr çərçivəsində, bir istiqamətdə hərəkət etmək lazımdır. GUAM ölkələrinin ortaq dərdi var. Azərbaycanı sabit və çiçəklənən dövlət kimi görmək istəyirik. Ünsiyyət üçün çox sayda platformamız var və biz vahid mövqedən çıxış etməliyik" - Ukrayna səfiri diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi