Səfir: "Moskva Azərbaycanla Ermənistan arasında dialoqun yaradılması üzərində iş aparır"

Səfir: "Moskva Azərbaycanla Ermənistan arasında dialoqun yaradılması üzərində iş aparır" Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların aparılması üçün Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun yaradılması üzərində iş aparır.
Qarabağ
18 Dekabr , 2018 15:43
Səfir: Moskva Azərbaycanla Ermənistan arasında dialoqun yaradılması üzərində iş aparır
0 : 00
0 : 00

Bakı. 18 dekabr. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların aparılması üçün Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun yaradılması üzərində iş aparır".

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Mövqeyimiz dəyişməyib, Sergey Lavrov da bunu bir daha təsdiq edib - ATƏT-in Minsk qrupu formatında bundan sonra da işləmək niyyətindəyik. İki tərəfin razılığına əsasən, sülh yolu ilə məsələnin həllinin alternativsizliyini rəhbər tuturuq”, - S.Kopırkin bildirib.

Son xəbərlər

Orphus sistemi