Bakı. 6 fevral. REPORT.AZ/ "Bu ilin əvvəlində Azərbaycan-Ermənistan sərhədində, həmçinin qoşunların təmas xəttində baş verən hadisələrdən çox narahatıq".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç bildirib.
"Bu il çoxlu sayda gənc hərbçi faciəli şəkildə ölüb və ya yaralanıb. Atəşkəsin pozulması və ölümlə nəticələnən hadisələr bu il daha intensiv davam edib", - səfir deyib.
O bildirib ki, Britaniya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Krakovoda Azərbaycan və Ermənistanı atəşkəs rejiminə əməl edilməsi, gərginliyin aradan qaldırılması, münaqişənin dinc yolla həlli ilə bağlı tərəflərin üzərinə götürdüyü öhdəlikləri yerinə yetimək çağırışını dəstəkləyir.